Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib (FOTO)


Digərləri 10 Okt 2018 12:45:00 260 0

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib (FOTO)

Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi edib.

Bakı. Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi edib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirədə 15 ölkədən 90 iştirakçı, o cümlədən MDB ölkələri - Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin İCAO, Dövlətlərarası Aviasiya Komitəsi, İATA və digər beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak ediblər. AZAL prezidenti Cahangir Əsgərov müşavirəni giriş sözü ilə açıb. Daha sonra müşavirə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev və “Avrasiya” Koordinasiya Şurasının Sədri – “Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası” FUDM-nin baş direktoru İqor Moiseenkonun çıxışları ilə davam edib. Hava daşınmalarına artan tələbatı və Avrasiya ölkələrinin strateji geosiyasi mövqeyini nəzərə alaraq, aeronaviqasiya təminatının harmonizasiyası və bu ölkələr arasında hava məkanının təşkilinin uzunmüddətli birgə planlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Müşavirə zamanı “Avrasiya” üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planları barədə məruzələri dinlənilib. Əsas diqqət aşağıdakı məsələlərə yönəldilib: - pilotsuz uçuş aparatlarının uçuşları və onların uçuş təhlükəsizliyinə təsiri;