Cərimələrin 50 faizi bu qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək


Digərləri 10 Okt 2018 12:33:00 240 0

Cərimələrin 50 faizi bu qurumun işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək

"Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə toplanan cərimələrin 50 faizi Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Baytarlıq haqqında" qanuna əlavə edilir.

"Baytarlıq haqqında" qanuna əlavənin edilməsini nəzərdə tutan yeni qanun layihəsi Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə hazırlanıb.

Layihə "Baytarlıq haqqında" qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin agentliyin hesabına köçürülməsini nəzərdə tutur.