Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi


Digərləri 10 Okt 2018 12:36:00 86 0

Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi

Dövlət Yol Polisi tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib.

DİN-dən Son.az-a verilən məlumata görə, paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən bir sıra addımlar atılır.

Azərbaycan Prezidenti: Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir İdarənin əməkdaşlarının ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda apardıqları yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan bəzi məqamlar ortaya çıxıb. Məlum olub ki, həmin ərazilərdə təxminən 100-ə yaxın avtobus işdən sonra binaların həyətlərində, səkilərdə, yolun hərəkət hissəsində və digər qanunla qadağan edilmiş ərazilərdə saxlanılır. Hətta yanacaqdoldurma məntəqələrini və ətraf əraziləri özünə dayanacaq seçən avtobus sürücülərinə də rast gəlinib. Səhər isə saat 6-7 radələrində həmin sürücülər heç bir tibbi müayinədən keçmədən, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmadan sükan arxasına əyləşərək sərnişindaşıma ilə məşğul olurlar. Bu isə ictimai nəqliyyat sahəsində təhlükəsizliyin tam təmin edilməsinə ciddi əngəl yaradır. Araşdırma zamanı həmçinin müəyyən edilib ki, reysə çıxan sürücülər hər gün tibbi müayinədən keçməli olduqları halda bəzi sərnişindaşıma şirkətləri həmin sənədi avtobusu idarə edən şəxslərə aylıq təqdim edirlər.

Dövlət Yol Polisi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, sərnişin daşıma sahəsindəki normativ aktlar və qaydalara əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalıdır. Qarajda nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır.  Sürücülər isə hər gün reys qabağı tibbi müayinədən keçirilməlidirlər. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər bunu mütləq şəkildə təmin etməlidirlər.

Qeyd edilən qayda pozuntularına yol verən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək.

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: like
  • 10 Okt 12:32  
Digərləri Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı:

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.

arrow Ətraflı
Türkiyədə daşqın: like
  • 10 Okt 12:31  
Dünya Türkiyədə daşqın:

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətində daşqın baş verib.

arrow Ətraflı
Taksi sürücüləri ilə polis arasında qarşıdurma  Saxlanılanlar var  FOTO like
  • 10 Okt 12:30  
Digərləri Taksi sürücüləri ilə polis arasında qarşıdurma Saxlanılanlar var FOTO

Metronun "Koroğlu" metro stansiyası yaxınlığındakı dayanacaqda

arrow Ətraflı
Təyyarənin təkərləri açılmadı, like
  • 10 Okt 12:28  
Dünya Təyyarənin təkərləri açılmadı,

Yakutia hava yolları şirkətinə məxsus "Sukhoi Superjet 100" sərn

arrow Ətraflı
Tramp qızını BMTdə səfir etmək istəyir  FOTO like
  • 10 Okt 12:26  
Siyasət Tramp qızını BMTdə səfir etmək istəyir FOTO

Qızım İvanka ölkəmizin BMT-dəki yeni daimi nümayəndəsi ola bilərdi. O,

arrow Ətraflı
Türkiyədə daşqın - Küçələr palçıq altında qaldı like
  • 10 Okt 12:21  
Digərləri Türkiyədə daşqın - Küçələr palçıq altında qaldı

Türkiyənin cənub-qərbindəki Dənizli vilayətində daşqın baş verib

arrow Ətraflı
Xərçəng yanmasın deyə tavadan çıxıb, like
  • 10 Okt 12:19  
Digərləri Xərçəng yanmasın deyə tavadan çıxıb,

Twitter-də yayılan görüntülər təəccübləndirir.

arrow Ətraflı
Peşəkar taekvondoçu Fəridə Əzizova evindən oğurluq edənləri bağışladı like
  • 10 Okt 12:18  
Digərləri Peşəkar taekvondoçu Fəridə Əzizova evindən oğurluq edənləri bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində idmançı Fəridə Əzizovanın evind

arrow Ətraflı
Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü like
  • 10 Okt 12:17  
Dünya Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü

İspaniyanın Mayorka adasında daşqınlar və sel nəticəsində 5 nəfər h

arrow Ətraflı
Tanınmış idmançı evindən 67 min manatlıq oğurluq edən şəxsləri bağışladı like
  • 10 Okt 12:16  
Digərləri Tanınmış idmançı evindən 67 min manatlıq oğurluq edən şəxsləri bağışladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın idmançı

arrow Ətraflı
İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi like
  • 10 Okt 12:15  
Dünya İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək m

arrow Ətraflı