Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək


Digərləri 10 Okt 2018 12:37:00 268 0

Bakı Ali Neft Məktəbində III Avrasiya konfransı keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə "Xəzər və Mərkəzi Asiya regionunun enerji sənayesində qlobal inkişafın nəticələri" mövzusunda III Avrasiya konfransı keçiriləcək. 18-20 oktyabr tarixlərində baş tutacaq konfrans BANM-ın təşkilatı dəstəyilə həyata keçirilir.

Son.az xəbər verir ki, konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar: tələb və təklif troblemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi: Ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə: İnnovasiyalar və sənayenin inkişafı kimi mövzulara toxunulacaq.