Tramp qızını BMTdə səfir etmək istəyir FOTO


Siyasət 10 Okt 2018 12:26:00 224 0

Tramp qızını BMTdə səfir etmək istəyir  FOTO

Qızım İvanka ölkəmizin BMT-dəki yeni daimi nümayəndəsi ola bilərdi. O, həmin vəzifədə Nikki Heylini uğurla əvəzləyərdi.

Son.az ABC-yə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp belə deyib.

Onun sözlərinə görə, İvanka Tram bu vəzifənin öhdəsindən uğurla gələ bilərdi: "Lakin qohumbazlıqda suçlanmaq istəmirəm", - Tramp söyləyib.

36 yaşlı İvanka Trampın əri, 37 yaşlı Cared Kuşner hazırda ABŞ prezidentinin müşaviridir.

Trampın sözlərinə görə, Nikki Heylinin yerinə əsas namizəd qismində milli təhlükəsizlik məsələləri üzrə müşavirinin sabiq müavini Dina Pauelli nəzərdə tutub.

"Yeni daimi nümayəndənin seçimində mənə Heyli yardım edəcək. Namizədi sonradan Senat təsdiqləməlidir", - Donald Tramp vurğulayıb.

Nikki Heylinin istefası qəbul olunub. Onun sözlərinə görə, "şəxsi səbəblər"ə görə 2019-cu ilin yanvarında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postunu tərk edəcək.

Heylinin qərarı Ağ Ev üçün gözlənilməz olub.

Lakin ekspertlər hesab edirlər ki, Heylinin vəzifədən getməsinin səbəbi onun Trampı tənqid etməsidir. Sentyabrın əvvəllərində The New York Times-da dərc olunan və Trampın çox sərt tənqid edildiyi qalmaqallı məqalənin 13 mümkün müəllifləri arasında Nikki Heylinin də adı çəkilir.

İvanka Tramp ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təyin olunmaq istəmədiyini Twitter-dəki mikrobloqunda açıqlayıb: "Gözəl həmkarlarımla birlikdə Ağ Evdə çalışmaq mənim üçün şərəfdir. Bilirəm ki, prezident səfir Heylinin yerinə əla namizədin adını açıqlaycaq. Həmin əvəz mən olmayacağam".


Xəbərə aid fotolar