İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi


Dünya 10 Okt 2018 12:15:00 283 0

İran qəzet kağızı və dəftərlərin ölkəyə gətirilməsini qadağan etdi

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi yerli bazarı tənzimləmək məqsədilə hər növ taxta və ağac materiallarının ixracını qadağan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, müxtəlif ağac materialları, neopan xammalından başqa, həmçinin qəzet kağızı və dəftərlər də daxil olmaqla kağız məmulatlarının ixracı qadağan olunub.

Xarici valyuta bazarında qeyri-stabillik, bəzi məhsulların qiymətinin bahalaşması, eləcə də bəzi şəxslərin mövcud şəraitdən sui-istifadə etməsi nəticəsində, kabinet, mebel və yataq dəstlərinə aid olan ağac məhsullarında bahalaşma qeydə alınıb.