Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi


Dünya 10 Okt 2018 12:02:00 264 0

Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi

MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavan "PowerfulJRE" YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib. 

Son.az xəbər verir ki, oxu.az bununla bağlı Lenta.ru-ya istinadla məlumat yayıb. 

"Ümid edirəm ki, Nevada idman komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə, onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib, sadəcə, oktaqondan atılıb, bu, dünyanın axırı deyil", - məşqçi deyib. 

Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dillon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib.