"Son 1213 il ərzində Xəzərin səviyyəsi 1 metrədək enib"


Digərləri 10 Okt 2018 11:54:37 299 0

"Son 1213 il ərzində Xəzərin səviyyəsi 1 metrədək enib"

Son 12-13 il ərzində Xəzər dənizinin səviyyəsi 1 metrədək enib.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.

R.Məmmədov qeyd edib ki, 10 il əvvəl Xəzərin səviyyəsi dünya okeanı səviyyəsindən 27 metr aşağı olduğu halda, hazırda bu göstərici 28 metrə çatıb.

Mütəxəssis əlavə edib ki, son illər ərzində Xəzərin səviyyəsi hər il təxminən 10 sm enib.

Bunu kiçik göstərici saymayan institut direktoru səviyyənin enməsinin əsas səbəblərini iqlim dəyişmələri ilə izah edib:

"İqlim dəyişmələri ilə əlaqədar Xəzər dənizinin səthində buxarlanma baş verir. Xəzərdə buxarlanan suyun səviyyəsi təxminən 1 metrdir. Buxarlanma olmasaydı, səviyyə 1 metr qalxardı. Digər tərəfdən, Xəzərə axan Volqa çayının suyu azalıb. Xəzərdə buxarlanma çoxaldığı, dənizə çaylarla gələn suların miqdarı azaldığı üçün səviyyə azalır. Balans pozulduqda səviyyə də dəyişir".

R.Məmmədov Xəzərin səviyyəsinin enməsinin dənizin flora və faunasına mənfi təsir göstərdiyini də açıqlayıb.

O əlavə edib ki, səviyyə endikdə dənizin şelf zonasının həcmi azalır:

"Bunun da nəticəsində şelf zonasında yaşayan canlıların ərazisi daralır. Yer daraldığı üçün onların yem bazası, oksigenin miqdarı azalır".