Binəli Yıldırım: "Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır"


Dünya 10 Okt 2018 11:12:00 237 0

Binəli Yıldırım: "Ermənistan sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır"

Ermənistan regionda sabitlik istəyirsə, qonşu ölkələrlə münasibətlərini yaxşılaşdırmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım bəyan edib.

B.Yıldırım bildirib ki, əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, rəsmi Ankaraya qarşı 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkməlidir.