Ağsuda 15 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 10 Okt 2018 11:05:44 224 0

Ağsuda 15 km-lik avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)

Ağsu rayonunda Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu yenidən qurulur.

Bakı. Trend Ağsu rayonunda Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci km-dən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 km-dir. Layihəyə görə, yol boyu 10 ədəd avtobus dayanacağı tikiləcək, hərəkətin normal təşkili üçün 45 yol nişanı, 15 km göstəricisi, 680 siqnal dirəyi quraşdırılacaq, 45 km uzunluğunda üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.