Polis təqibindən qaçan Hüseynov arvadının ölümünə səbəb oldu VİDEO


Dünya 10 Okt 2018 10:58:00 241 0

Polis təqibindən qaçan Hüseynov arvadının ölümünə səbəb oldu  VİDEO

Moskvada polisdən qaçan "Lada Priora" markalı avtomobilin sürücüsü qəza törədib. Qəza zamanı sürücünün avtomobildə olan həyat yoldaşı ölüb, özü isə hadisədən xəsarətsiz xilas olub. 

Son.az oxu.az-a istinadla xəbər verir ki, polisdən qaçan zaman sürücü idarəetməni itirib və yol kənarındakı beton maneəyə çırpılıb. 

Məlumatlara görə, polis əməkdaşları yüksək sürətlə hərəkətdə olan "Lada"nı saxlamağa çalışıb. Ancaq sürücü yol polisinin əmrlərinə tabe olmayıb. 

Bundan sonra təqib başlayıb. Polislər 5 dəqiqə müddətində avtomobilini izləyib və bu zaman "Lada" maneəyə çırpılıb. Araşdırmalar zamanı avtomobilin sürücüsünün 28 yaşlı paytaxt sakini Xəyal Hüseynov olduğu, maşından ondan başqa həyat yoldaşı Aygülün də olduğu aydınlaşıb. Qəza nəticəsində qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.