Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamədə dəyişikliklər edilib


Digərləri 10 Okt 2018 10:18:00 185 0

Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamədə dəyişikliklər edilib

Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamədə dəyişikliklər edilib

Bakı. Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamədə dəyişikliklər edilib. Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil edilir.