Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb


Digərləri 10 Okt 2018 09:50:00 225 0

Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb

Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb.

Bakı. Azərbaycan millisi Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ikinci medalını qazanıb. Trend-in məlumatına görə, olimpiadanın taekvondo yarışlarında mübarizə aparan Cavad Ağayev (63 kq) bürünc medal əldə edib. İdmançımız ilk görüşündə cənubi sudanlı Stefan Atemə, 1/4 finalda iranlı Hamed Əsgəri Mahiabadinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Cənubi Koreyadan olan idmançı Ço Vun Huya uduzan C.Ağayev bürünc medalla kifayətlənib.