Bakıda “Dekorativ sənət və interyer” konfransı keçirilir


Digərləri 10 Okt 2018 09:42:39 254 0

Bakıda “Dekorativ sənət və interyer” konfransı keçirilir

Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfrans keçirilir.

Bakı. Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfrans keçirilir. Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir. Konfransın açılış mərasimi bu gün Azərbaycan Xalça Muzeyində baş tutacaq. Konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edəcək. Tədbirdə iştirak etmək məqsədilə ICOM-un prezidenti Suay Aksoy Bakı şəhərinə ilk dəfə olaraq səfər edib. Səfər çərçivəsində oktyabr ayının 9-da Suay Aksoy mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.