Bakıda ABŞ səfirliyinə məxsus avtomobil qəzaya düşdü


Digərləri 10 Okt 2018 09:44:00 168 0

Bakıda ABŞ səfirliyinə məxsus avtomobil qəzaya düşdü

Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb.

Bakı. Samir Əli - Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Bayat Conatanın idarə etdiyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə məxsus 060 D 038 dövlət qeydiyyat nişanlı avtomaşınla 1976-cı il təvəllüdlü Faiq Abdullayevin idarə etdiyi "Sang Song Koranado" markalı 90 VM 912 dövlət nömrə nişanlı avtomaşın toqquşub.