Azərbaycanlı qadınları Türkiyədə satan daha bir nəfərə cinayət işi açıldı


Kriminal 10 Okt 2018 09:32:00 220 0

Azərbaycanlı qadınları Türkiyədə satan daha bir nəfərə cinayət işi açıldı

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Seyfullayeva barəsində cinayət işi açılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Günay Seyfullayevanın barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə vəsatət verilib. 

Hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti qismən təmin edilib. Məhkəmənin qərarı ilə Günay Seyfullayevanın barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib. 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Günay Seyfullayevanın barəsində araşdırma aparılıb. 

Məlum olub ki, Günay Seyfullayevanın əməllərindən idarəyə bir neçə qadın müraciət edib. Zərərçəkmiş qadınların müraciəti araşdırılıb, Günay Seyfullayevanın törətdiyi əməllər təsdiq olunub.