Türkiyədə tələbə yataqxanasında kütləvi zəhərlənmə:


Dünya 10 Okt 2018 09:13:00 211 0

Türkiyədə tələbə yataqxanasında kütləvi zəhərlənmə:

Türkiyənin Bursa şəhərində yerləşən tələbə yataqxanasında kütləvi zəhərlənmə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ürəkbulanma hiss edən 4 tələbə xəstəxanaya müraciət edib. Tələbələrdə qida zəhərlənməsi qeydə alınıb. Bundan sonra tələbə yataqxanasına çoxlu sayda təcili yardım briqadaları göndərilib.

Yataqxanada daha 13 nəfərdə qida zəhərlənməsi qeydə alınıb. Onlar xəstəxanaya yerləşdirilib. İlkin müayinədən sonra 8 tələbə evə buraxılıb, 9-u isə həkim nəzarəti altında saxlanılır.