Bundestaqın saxlanması neçəyə başa gəlir?


Digərləri 10 Okt 2018 08:59:00 225 0

Bundestaqın saxlanması neçəyə başa gəlir?

2019-cu ildə Bundestaqın saxlanması alman vergi ödəyicilərinə 974 milyon avroya başa gələcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məbləğ keçənilkindən 100 milyon avro çoxdur.

Binaların saxlanması üçün 137 milyon avro planlaşdırılır. Fraksiyalara daha 112 milyon avro ayrılacaq. Deputatlara ödənişlərin ümumi məbləği isə 460 milyon avroya yaxın olacaq.

Bu maliyyələşdirmənin artırılmasının əsas səbəbi xalq elçilərinin sayının əhəmiyyətli dərəcədə artmasıdır. 2017-ci ilin sentyabrında keçirilmiş seçkilərdən sonra Bundestaqda 709 deputat fəaliyyət göstərir. Son 10 ildə deputatların sayı təqribən 100 nəfər artıb.