“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq


Digərləri 10 Okt 2018 08:00:00 238 0

“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq

“Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq

Bakı. “Thomson Reuters” “Azernews” qəzetinin məqalələrini dünyada yayacaq. Trend-in məlumatına görə, Azərbaycanın aparıcı ingilisdilli qəzeti “Azernews” öz xəbərlərinin dünyada yayılması ilə bağlı “Thomson Reuters” ilə müqavilə imzalayıb. Bu müqavilə “Azernews”a daha geniş beynəlxalq auditoriya əldə etməyə imkan verəcək. “Azernews”un baş redaktoru Sevil Mikayılova deyib: “Azərbaycan haqqında obyektiv informasiyanın dünya oxucusuna çatdırılması “Azernews”un əsas məqsədlərindən biridir. “Thomson Reuters” ilə müqavilə ölkənin siyasi, iqtisadi və ictimai həyatı barədə həqiqəti Azərbaycan qəzetinin səhifələrindən dünya ictimaiyyətinə çatdırmağa imkan verəcək”.