"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əlavələr olunub


Digərləri 10 Okt 2018 07:45:00 307 0

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əlavələr olunub

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə bir sıra əlavələr edib.

Son.az bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələrinin müvəqqəti olaraq saxlanılması üçün mühafizə olunan duracaqlar Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək.

(Nəqliyyat vasitəsinin duracağa və qaraja qəbul edilməsi). Bakı şəhərinin inzibati ərazisində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346- 1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin mühafizə olunan duracağına gətiriləcək.