Xəzərdə sunami? 10 metrlik dalğalar da olub


Digərləri 10 Okt 2018 07:28:00 253 0

Xəzərdə sunami?  10 metrlik dalğalar da olub

"Sunami" sözü eşidən zaman bir çoxlarının ağlına qarşısına gələn hər şeyi dağıdan nəhəng dalğalar gəlir. Ancaq Xəzəryanı ölkələrdə yaşayan insanlar bunun hardasa uzaqlarda - Sakit okeanda, Cənub-şərqi Asiyada, Yaponiyada baş verdiyini düşünür və bizim üçün qorxulu olmadığı iddia edilir. 

Amma alimlər bildirirlər ki, Xəzər dənizinin tarixində elə hadisələr olub ki, onları da "sunami" adlandırmaq olar. 

957-ci ildə Dərbəndin rayonunda zəlzələ olub. Qədim yazılara inansaq, həmin gün dənizdə dalğanın hündürlüyü 150 metrə çatıb və daha sonra dalğa sahilə çırpılıb. 

"Sunami"yə oxşar, lakin qismən zəif hadisə 1868-ci ildə Bakıda baş verib. Həmin vaxt Bakıdan 90 kilometr aralıda yerləşən adalardan biri su altında qalıb. 

Güclü zəlzələlərdən biri 1895-ci il iyulun 8-dən 9-na keçən gecə Krasnovodsk şəhərində baş verib. Bu, Türkmənistan və keçmiş SSRİ məkanındakı ən güclü zəlzələ hesab edilib. Onun maqnitudası 8,2 bal olub. 

Yeraltı təkanlar üç min kvadrat kilometr ərazidə, o cümlədən Zaqafqaziyada, Tbilisidə və Bakıda hiss edilib. Zəlzələni Həştərxan, Samara, Saratov, Pens, Pyatiqorsk və digər Rusiya şəhərlərində hiss olunub. 

O zaman Uzun-Ada adası tamamilə suyun altında qalıb.

Əgər İran alimlərinin Xəzər dənizində sunami ilə bağlı sensasiyalı bəyanatlarına inansaq, istər-istəməz düşünməli olursan. 

Bəyanatda bildirilib ki, Xəzərin dibindəki relyefin kəskin amilləri sunaminin yaranmasını mümkün edir. Alimlərin fikrincə, İran seysmik aktivlik zonasında yerləşir və bununla yanaşı, şimal və cənubdan su ilə əhatə olunub. Bu, zəlzələnin və sunaminin başvermə riskini artırır. 


Xəbərə aid fotolar