Azərbaycanda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb


Kriminal 10 Okt 2018 07:31:20 269 0

Azərbaycanda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb

Tovuz rayonunda sərxoş kişi 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Dərs hazırlığından qayıdan 2 yeniyetmə qız kənd ərazisində 50-55 yaşlı sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butılkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçaraq gizlənsə də, digər qız, 11 yaşlı Ə.M-ova qaça bilməyib. Sərxoş şəxs ona qarşı zor tədbiq edərək yeniyetməni yerə yıxıb və onu zorlamaya cəhd edib. Lakin yaxınlıqdakı şəxslərin səs-küyə gəlməsi səbəbindən məqsədinə nail ola bilməyib. Sərxoş şəxs tutularaq Tovuz rayon Polis Şöbəsinə aparılıb.