Pizzaya tüpürən kuryer məhkəmə qarşısında VİDEO


Digərləri 10 Okt 2018 07:38:00 224 0

Pizzaya tüpürən kuryer məhkəmə qarşısında  VİDEO

Türkiyədə sifariş üçün apardığı pizzaya tüpürən kuryerin məhkəmə prosesi başlayıb. 

Son.az oxu.az-a istinadən bildirir ki, onu 18 il həbs cəzası gözləyir. 

Məlumatlara görə, hadisə bu ilin martında Eskişehirdə baş verib. Pizza sifarişini çatdıran 18 yaşlı Burak S. qutunu açıb və ora tüpürüb. 

Kuryerə qarşı "qidanı zəhərləmə və ya pozmaqla insanların həyatına təhlükə yaratma" maddəsi ilə ittiham irəli sürülüb.