“Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izləyiblər


Digərləri 10 Okt 2018 07:12:00 294 0

“Kinoklub” iştirakçıları “Cümhuriyyət tələbələri” filmini izləyiblər

Bilik Fondunun təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub.

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Kinoklub”un növbəti toplantısı olub. Bilik Fondundan Trend-ə verilən məlumata görə, klub üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə ARB “Aranfilm”in yaradıcı heyəti ilə görüşüblər. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı iştirakçılara təmsil olunduğu qurumun həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib. Bildirib ki, “Kinoklub”un fəaliyyəti gənclərin estetik zövqünün formalaşdırılması ilə yanaşı, maarifləndirici elmi-kütləvi sənədli filmlərin baxışının təşkili, sosial video-çarxların hazırlanması, qısametrajlı filmlərin çəkilməsi, ssenarilərin yazılması, yaradıcı insanlarla görüşlərin təşkili məqsədi ilə yaradılıb. Tədbirdə ARB “Aranfilm”in bədii rəhbəri Tahir Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühazirə ilə çıxış edib. Tələbələrə “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş olunub.