Azərbaycanda kəskin qrip yayılıb? Baş epidemioloq açıqladı


Digərləri 10 Okt 2018 04:30:00 234 0

Azərbaycanda kəskin qrip yayılıb?  Baş epidemioloq açıqladı

Hava şəraitindəki kəskin dəyişmələr kəskin respirator virus xəstəlikləri tez-tez müşahidə edilir. Ümumi halsızlıq, qrip əlamətləri, boğaz ağrısı, burun tutulmaları əlamətləri həm uşaqlar, həm də böyüklərdə müşahidə edilir.

Artıq səhiyyə naziri Oqtay Şirəliyev də "2018-2019-cu ilin payız-qış mövsümündə respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərlə bağlı əmr imzalayıb.

Əmrdə əhali arasında qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələrin aparılması, qripə yoluxması ehtimal olunan xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsi tapşırılıb.

Bəs hazırda ölkəmizdə qrip və kəskin respirator virus xəstəlikləri ilə bağlı vəziyyət necədir:

Son.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, baş epidemioloq İbadulla Ağayev bildirib ki, hazırda respublikada qrip infeksiyası ilə bağlı heç bir təhlükə yoxdur: