Düşmənlər istəyirlər ki, Allahın nurunu söndürsünlər


Digərləri 09 Okt 2018 23:50:00 242 0

Düşmənlər istəyirlər ki, Allahın nurunu söndürsünlər

Qurani-Kərim buyurur: "(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları baxımından)bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə)şahidlik üçün Allah kifayətdir". ("Fəth" 28).

"Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki, Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur". ("Tövbə" 32-33).

"Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.

Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur". ("Səff" 8-9).

Allah Təala bu Quran ayələrində işarə edir ki, düşmənlər istəyirlər ki, Allahın nurunu söndürsünlər. Halbuki, Allah Öz nurunu kamil edər və ona görə də onların səyi nəticəsiz qalar. Allah o zaman ki, düşmənlərin bu niyyətindən xəbər verir, demir ki, Biz bu nuru söndürməyə qoymayacağıq. Buyurur ki, Allah bu nuru peyğəmbərini (s) göndərərək kamil etmişdir. Yəni, heç kəs kamil olan bir nuru söndürməyə qadir deyildir.

İslam dininin qalib olmasını həm məntiq təsdiq edir, həm də ağıl. Yəni, elə bir gün gələcəkdir ki, İslam dini bütün dinlərə qalib olduğunu aşkar şəkildə göstərəcəkdir.