Ermənistan bu gün: Paşinyan xaosa doğru addımlayır


Dünya 09 Okt 2018 23:02:00 238 0

Ermənistan bu gün: Paşinyan xaosa doğru addımlayır

Bu ilin may ayından Ermənistanda siyasi təlatümlər ara vermir. Nikol Paşinyan küçədən birbaşa baş nazir kreslosuna oturandan sonra dramatik və ziddiyyətli hadisələr bir-birini əvəz edir. İndi ekspertlər Ermənistanda müşahidə edilən proseslərin kökündə qanunlara əməl edilməməsinin dayandığı fikrini irəli sürürlər. Bunun təsdiqi kimi son aylar hakimiyyətin atdığı addımlar və parlamentin qəbul etdiyi qanunları göstərirlər. Hər iki tərəf beynəlxalq hüquqdan kənara çıxır. Bunun fonunda hazırda hökumət-parlament qarşıdurması yeni gərginlik səviyyəsinə yüksəlib. Proseslərin bu cür gedişinin Ermənistan siyasi səhnəsində hansı tendensiyalara yol aça biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.

Baş nazir və parlament: kim haqlıdır?

Baş nazir Nikol Paşinyan Ermənistanı inamla yeni kataklizmlərə doğru sürükləyir. Onun atdığı hər bir addım ölkənin siyasi səhnəsində gərginliyin artırılmasına əlavə təkanlar verir. Hazırda ekspertlər Ermənistanda getdikcə dərinləşən hökumət-parlament qarşıdurmasının mümkün siyasi nəticələrini proqnozlaşdırmağa çalışırlar. Demək olar ki, bütün siyasi qüvvələr artıq cəbhələşmədə iştirak edirlər. Bir zamanlar erməni siyasi mühitinin "monolitliyindən" ağızdolusu danışanlar indi sükut edirlər. Həm də ona görə ki, siyasi qütbləşmə onsuz da kiçik olan bu ölkəni daha xırda fraqmentlərə ayırmaq istiqamətini götürüb.

Ekspertlər hesab edirlər ki, bütün bunların kökündə N.Paşinyanın hakimiyyət hərisliyi dayanır. Bununla bağlı İrina Corbenadze yazır: "Situasiya onunla dərinləşir ki, Paşinyan inqilabın ilk dəqiqəsindən özündən başqa kimsəni baş nazir kimi görmürdü və bunu qətiyyən gizlətmirdi. "Mən və ya heç kim" formulu bu gün də qüvvədədir" (bax: В Армении началась контрреволюция? / "Росбалт", 3 oktyabr 2018).

Ziddiyyətləri alovlandıran digər məqam kimi N.Paşinyanın konkret hədəfinin olmamasını və siyasi proqramının yoxluğunu vurğulayırlar. Siyasətçi Paruyr Ayrikyanın bu kontekstdə verdiyi xarakteristika həqiqətə uyğun görünür. O deyib: "Hərəkat başlayanda Paşinyan növbədənkənar seçki ilə bağlı müəyyən bəyanatlar yaydı, amma indi tamam başqa şeylər deyib seçkinin dekabrda keçirilməsi gərəkliyini vurğulayır".

Məsələnin bu tərəfi həqiqətən maraqlıdır. Yəni aydındır ki, əvvəllər sakit dayanan və baş verənləri seyr etməklə kifayətlənən erməni siyasətçiləri artıq N.Paşinyanın davranış məntiqindən uyğun nəticələr çıxarırlar. Nəticədə, belə bir mənzərə alınır: N.Paşinyan dəqiq siyasi hədəfi olmayan boşboğaz mitinq-meydan "qəhrəmanı"dır, siyasi proqramı mövcud deyil, hakimiyyət hərisidir və onu saxlamaq üçün hər şeyə gedər, konstitusiyaya tam əməl etmir.

Etiraf edək ki, bu sadalanan çatışmazlıqlar bir siyasi lider üçün həddən artıqdır. Hətta onlardan hər hansı birinin mövcudluğu şəraitində belə uğurlu iqtidar olmaq mümkünsüzdür. Erməni siyasətçilərin özlərinin verdiyi yuxarıdakı xarakteristika onu göstərir ki, N.Paşinyan bir şəxs olaraq çox eqoist, siyasətçi olaraq qeyri-peşəkar (peşəkar siyasətçinin konkret siyasi hədəfi və əsaslı fəaliyyət proqramı olur), iqtidar olaraq isə qanunları mütəmadi pozandır. Bu qüsurlarla dövlətə başçılıq etmək olarmı? Əslində, Ermənistanda hər şey olar, çünki onun özü də qondarma dövlətdir.

Lakin məsələ yalnız Ermənistan sərhədləri ilə məhdudlaşmır. Buna görə də Ermənistanda müşahidə edilən proseslər ciddi narahatlıq doğurur. Vəziyyətin parlamentin "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul etməsindən sonra daha da gərginləşdiyini ekspertlər təsdiq edirlər. "Respublika" partiyasının təqdim etdiyi bu layihəni "Sarukyan" bloku və "Daşnaksütyun" da dəstəkləyib. Sonuncu ikisi N.Paşinyanı müdafiə edirdilər. İndi onlar da müxalif cəbhəyə keçiblər. Qanuna edilən düzəlişdə faktiki olaraq növbədənkənar seçkinin yaxın aylarda keçirilməsinə qadağa qoyulur. Orada xüsusi vurğulanır ki, kənardan təzyiq olduqda parlamentin qəbul etdiyi heç bir qanun keçərli deyil. N.Paşinyanın da küçədən təzyiqdən başqa, təsiretmə mexanizmi yoxdur. Sakit şəraitdə parlamentin əksəriyyəti respublikaçıların irəli sürdüyü layihəni dəstəkləyir.

Beynəlxalq hüquq: erməni siyasətçilərin tapdağı altında