Bəşər Əsəd döyüşçü tapmır?


Dünya 09 Okt 2018 23:06:00 278 0

Bəşər Əsəd döyüşçü tapmır?

Suriya hökuməti ordu sıralarından qaçan fərarilər üçün əfv elan edib. Qərara əsasən, verilmiş vaxta qədər hərbi qurumlara müraciət edəcək şəxslər cəzalandırılmayacaqlar.

Son.az teleqraf.com-a istinadən bildirir ki, beynəlxalq insan haqları təşkilatları çoxlu sayda Suriya vətəndaşının məcburi şəkildə hərbi xidmətə göndərilməsinə görə öz ölkələrinə geri qayıtmaq istəmədiyini açıqlayıb.

Prezident Bəşər Əsəd verdiyi açıqlamada imzaladığı sərəncamın ən ağır hərbi cinayətlər törətməkdə təqsirli bilinən şəxslərə də şamil olunacağını bildirib.

Sərəncamdan Suriya daxilindəki şəxslər 4 ay, ölkə xaricindəki şəxslər isə 6 ay yararlana biləcəklər. Qərara əməl etməyənlər ağır cəzalara məhkum ediləcəklər.