Kərbəladan şəhadətə qədər İmamın həyatı


Digərləri 09 Okt 2018 22:40:00 230 0

Kərbəladan şəhadətə qədər İmamın həyatı

İmam Səccadın (ə) həyatında bəhs və tədqiq ediləsi nöqtələr çoxdur. İmamın Kərbəladan şəhadətə qədər getdiyi yollara bir nəzər salaq:

1. İmam Səccadın (ə) xəstəliyi.

2. O Həzrətin Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu.

3. Onun Əhli-Beyt (ə) əsirlərinin arasında olması.

4. Həzrətin Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr.

5. İmamın (ə) şəhadəti.

1. İmamın xəstəliyi

Son.az deyerler.org-a istinadən bildirir ki, bəzi tarixçilər bu fikirdədirlər ki, İmam Zeynəlabidin (ə) qanlı Kərbəla hadisəsində 24 yaşında idi. Bəziləri isə 22 yaş deyirlər. Muhəmməd ibni Səyid kitabında yazır: "Əli ibni Hüseyn (ə) Kərbəla hadisəsində İmam Hüseynlə (ə) bir yerdə idi. Onun 23 yaşı var idi. Onun övladı İmam Baqir (ə) Kərbəla hadisəsindən İmamın (ə) şəhadətinə qədər atası ilə bir yerdə olmuşdur. 3 və ya 4 yaşı var idi. İmam Səccad (ə) xəstəliyinə görə cihadda iştirak edə bilmədi. Allah onu insanları hidayət etməsi üçün qorudu. Peyğəmbərin (s) Həzrət Fatimədən (s.ə) olan nəsli İmam Hüseyn (ə) vasitəsilə İmam Səccada (ə) çatmışdı".

Şeyx Müfid bu haqda yazır: "O zaman ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içir, Şimr (lən) İmam Səccadı (ə) öldürmək üçün hücum edir. İmam Səccad (ə) xəstə yatağında idi. Həmid ibni Müslim ona müdafiə etdi və Şimrin hücumunu dəf etdi. Xəstə olmağına baxmayaraq, Ömər ibni Səd (lən) onu Əhli-Beytlə (ə) bərabər Kufəyə aparır".

İmam Səccad (ə) Kərbəlada yalnız məhdud bir müddətdə xəstə olmuşdu. Sağalandan sonra 35 il müddətində müsəlmanlara imamlıq edir. Bəziləri onun daima xəstə olduğunu söyləyirdilər, bu məsələ insanların zehnində o qədər uzun müddət qaldı ki, dördüncü İmama (ə) və onun fədakarlıqlarına qarşı diqqətsizlik edirdilər.

2. O Həzrətin (ə) Aşuranı ayaqda saxlamaq üçün səyləri və rolu

İmam Hüseynin (ə) və onun tərəfdaşlarının şəhadəti Bəni-Uməyyə hökuməti üçün viranedici xarakter daşıyırdı. Bu xəlifəliyin dini olmasını sual altına alırdı.

Bu şəhidlərin fədakarlıqlarının unudulmaması üçün İmam Səccad (ə) həm şəhidlərə göz yaşı tökür, həm də atasının hədəfini davam etdirirdi. Cavidan Aşura hadisəsi o qədər qəmgin və ürəkürpədici idi ki, onun müşahidə edənlər ölənə qədər bu hadisəni yaddan çıxartmadılar.

İmam (ə) o zaman ki, su içmək istəyərdi, gözü suya dəyəndə ağlamağa başlayardı. Həzrətin (ə) ağlamasının səbəbini soruşanda buyurardı: "Necə ağlamayım? O zaman ki, yezidlilər suyu vəhşi heyvanlara açıq buraxmışdılar, ancaq atamın üzünə bağlamışdılar. Onu susuz şəhid etdilər".

İmam Səccad (ə) öz xütbələri ilə insanların bu məsələdə yollarını azmasına imkan vermədi və 14 əsr keçməsinə baxmayaraq, bu hadisə hələ də canlı və cavidandır.

3.Onun Əhli-Beyt (ə) əsilərinin arasında olması

Aşura hadisəsindən sonra İmam Səccad (ə) Əhli-Beyt (ə) ilə Kufəyə hərəkət etdi. Əsirlərin dəqiq sayı haqqında məlumat yoxdur. Bəziləri qadınların sayının 64 nəfərdən 84 nəfərə qədər olduğunu və oğlan uşaqların sayının 12-dən 14-ə qədər olduğunu yazırlar. Onları 40 dəvə ilə aparırdılar. Hamısını zəncirə vurmuşdular. Bu karvanın tək kişisi İmam Səccad (ə) idi. Düşmən onlara qarşı çox sərt rəftar edirdi. Tarixçilərin yazdığına görə, İmam Səccadı (ə) palansız dəvənin üzərinə otuzdurmuşdular. Həzrətin (ə) mübarək əllərini boynundan asmış, ayaqlarının hər ikisini dəvənin qarnına bağlamışdılar. Bəzi tarixçilər karvanın Kufəyə daxil olma tarixini Məhərrəm ayının 12-si olduğunu və bəziləri də 16 və 17-si olduğunu yazırlar.

4. Həzrətin (ə) Kərbəladan Mədinəyə qədər söylədiyi xütbələr

İmam Səccad (ə) Kufədə olan zaman iki dəfə xütbə demişdi. Birinci xütbəni carçıların Kufə xalqını əsirlərə baxmağa dəvət etdiyi zaman etmişdi. Kufənin kənarında əsirlər üçün xeymə qurmuşdular. İmam Səccad (ə) xeymədən bayıra çıxdı və insanlara işarə etdi ki, sakit olsunlar. İmam Səccad (ə) çıxışını Allaha sitayiş etməklə başladı. Peyğəmbərə (s) salavat göndərdi və buyurdu: "Ey insanlar! Kim ki, məni tanıyırsa, tanıyır və tanımırsa, mən - Hüseynin (ə) oğlu Əliyəm (ə). O Hüseynin (ə) ki, Fərat sahilində günahı olmadan və haqsız olaraq, müqəddəs başını bədəninidən ayırdılar. Mən o ağanın oğluyam ki, hərəminə hörmətsizlik edildi, rahatlığı aradan aparıldı. Malı qarət edildi və ailəsi əsir oldu. Mən o insanın oğluyam ki, (düşmənlər onu mühasirəyə aldılar, halbuki o, tək idi və yardımına tələsən kimsə yox idi) şəhid etdilər. Əlbəttə, bu cür şəhadət bizim iftixarımızdır.

Ey insanlar! Sizi Allaha and verirəm, Həzrətə (ə) yazdığınız məktublar yadınızdadırmı? Onunla əhd və peyman bağlamışdınız, onunla beyət etmişdiniz? Siz onunla döyüşə girdiniz və ona yardım etməkdən əl çəkdiniz. Vay olsun sizə! Axirətiniz üçün tədarük gördüyünüz şey necə çirkindir və Peyğəmbərin (s) üzünə necə baxacaqsınız?!".

İmamın (ə) çıxışı bu yerə çatanda kufəlilər ağlamağa başladılar. Yatmış vicdanları oyandı. Onlar bir-birini danlamağa başladı.

İmam Səccad (ə) davam edərək, buyurur: "Allah mənim nəsihətimi qəbul edən hər kəsi bağışlasın. Allah və Peyğəmbərə (s) xatir hər nə desəm, əməl etsin. Çünki Peyğəmbəri-Əkrəmin (s) yolu bizim üçün nümunədir".