Bədəndəki toksinləri atmaq üçün ən yaxşısı vasitə


Digərləri 09 Okt 2018 22:20:00 296 0

Bədəndəki toksinləri atmaq üçün ən yaxşısı vasitə

Qırmızı kələmin faydaları olduqca çoxdur. Bilindiyi kimi bənövşəyi rəngli qidaların faydalarını mütəxəssislər hər fürsətdə vurğulayır. Bədəninizi bütün mənfi təsirlərdən təmizləyəcək və immuniteti qoruyacaq bir qida axtarırsınızsa, ən ağıllı qida qırmızı kələmdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, K vitamini və antosianin baxımından kələmin zəngindir. Bu da beyin funksiyalarının işlək halda olmasını təmin edir.

- Olduqca aşağı kalorili olan bu qida kökəlməyi problem edənlərin seçdiyi qidadır.

- Lif baxımından zəngin olması da qırmızı kələm pəhrizdə olanlar üçün ideal bir qidadır.

- Elm adamlarının araşdırmalarına görə qırmızı kələmi çox istehlak edənlərin mədə, ağciyər, dəri və qalın bağırsaq xərçənginə tutulma ehtimalı, yeməyən kəslərə görə daha aşağıdır.

- Qırmızı kələmin bir faydası da toksinlərin bədəndən atılmasını sürətləndirməsidir. Bilindiyi kimi toksinlər, revmatizm, artrit, dəri xəstəliklərinə səbəb olur.