“Türk Hava Yolları” AZTAnın tam hüquqlu üzvü olub


Digərləri 09 Okt 2018 22:03:00 238 0

“Türk Hava Yolları” AZTAnın tam hüquqlu üzvü olub

"Türk Hava Yolları" və Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında artıq bir neçə müddətdir gedən üzvlük haqqında danışıqların nəticəsi olaraq, "Türk Hava Yolları" Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "Türk Hava Yolları" Azərbaycan Turizm Assosiasiyasının üzvlüyünə daxil olmuş ikinci aviaşirkətdir. Bundan öncə "Azərbaycan Hava Yollar" aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.

AZTA rəhbəri Nahid Bağırov "Türk Hava Yolları" aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyasa xüsusi üzvlük serifikatını təqdim edib və "Türk Hava Yolları"nın Azərbaycanda turizm sektorunun inkişafına öz tövhəsini verəcəyinə əmin olduğunu deyib.