Emal olunmuş ət ilə süd vəzi xərçəngi arasında əlaqə var


Digərləri 09 Okt 2018 22:05:00 293 0

Emal olunmuş ət ilə süd vəzi xərçəngi arasında əlaqə var

Araşdırmaçılara görə, bekon və sosiskalar kimi qidaların mütəmadi qəbulu süd vəzi xərçəngi riskini artırır.

Müəyyənləşib ki, emal olunmuş əti daha çox qəbul edən qadınların döş xərçənginə tutulma ehtimalı 9% artıqdır.

İcmal, Dünya Səhiyyə Təşkilatının daha əvvəl əldə etdiyi emal olunmuş ət xərçəngə səbəb olur nəticələri ilə üst-üstə düşür.

Mütəxəssislər isə nəticələrə ehtiyatla yanaşmağı məsləhət bilir və deyirlər ki, individual qadınlar üçün risk "çox azdır."

Bu qənaətlər nə dərəcədə etibarlıdır?

Bir milyondan çox qadının məlumatlarının daxil olduğu icmal göstərib ki, emal olunmuş ətin qəbulu ilə süd vəzi xərçəngi arasında əlaqə var. Lakin bu ət növlərinin xərçəngə səbəb olub-olmadığı aydın deyil.

Diqqət yetirməli olduğumuz bəzi məqamlar da var.

15 araşdırmanın istinad edildiyi icmalda hər araşdırma üzrə yüksək istehlak anlayışının fərqli olduğu nəzərə alınıb.

Məsələn, icmalda yer alan və Böyük Britaniyada aparılan bir araşdırmada yüksək istehlak gündə 9 qram kimi təsvir edildiyi halda, başqa araşdırmalarda göstərici daha yuxarıdır.

Bu araşdırmanı aparan elm adamları insanların dediklərini qeydə alıblar və bir müddət sonra əlaqə yaradaraq kimin döş xərçənginə yoluxub-yoluxmadığını öyrəniblər.

Amma məsələ burasındadır ki, insanlar emal olunmuş əti fərqli miqdarda yeyirlər və eyni zamanda başqa mənada daha az sağlam həyat tərzi sürərək də xərçəng riskini artırmış ola bilərlər.

Risk nə dərəcədədir?

Böyük Britaniyada 100 qadından təxminən 14-ü həyatlarının hansısa dönəmində süd vəzi xərçənginə tutula bilər.

Təxmin edilir ki, bu növ xərçəng hallarının 8 faizi artıq çəkili olmaqdan irəli gəlir və daha 8 faizi spirtli içki qəbulunun payına düşür.