“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü olub


Digərləri 09 Okt 2018 21:54:00 288 0

“Türk Hava Yolları” AZTA-nın tam hüquqlu üzvü olub

“Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olunub.

Bakı. “Türk Hava Yolları” və Azərbaycan Turizm Assosiasiyası (AZTA) arasında artıq bir neçə müddətdir gedən üzvlük haqqında danışıqların nəticəsi olaraq, “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olunub. AZTA-dan Trend-ə verilən məlumata görə, “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının üzvlüyünə daxil olmuş ikinci aviaşirkətdir. Bundan öncə “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.