İnsanı bəladan qoruyan bir sədəqə


Digərləri 09 Okt 2018 21:50:00 227 0

İnsanı bəladan qoruyan bir sədəqə

Əmirəl-möminin (ə) Həzrət Peyğəmbərin (s) dilindən nəql edir ki, buyurmuşdur: "Sizdən hacət istəyən kəsin sözünü kəsməyin. Qoyun şikayətini bəyan etsin və öz halından sizə xəbər versin".

Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: "O zaman ki, sizdən kimsə hacətini istəyər və ya sualını verər, onun sözünü kəsməyin. Bu, mənim və sənin bəlaya düçar olmağımıza səbəb olar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, o kəsin ki, sənə hacəti vardır və ya sənə şikayət etmək istəyir, qoy sözünü axıra qədər desin. Heç olmasa, ən azı ürəyi rahat olacaq və ürəyindən olanları dilinə gətirəcəkdir. Onların sözlərinə axıra qədər qulaq asmaq onlara rahatlıq hiss verər və özlərini əmin hiss edərlər.

Bəzən elə olur ki, bu cür insanların sözlərinə qulaq asmaq onlar üçün hacətlərini yerinə yetirməkdən daha əhəmiyyətli olur və sizə görə başqa hacətləri olmur. Həzrət Rəsulallah (s), bu yolla bizə insanlarla necə rəftar etməyimizin yollarını öyrədir və bizi səbirli olmağa dəvət edir.