Qəbul imtahanlarında qaydalar dəyişdi


Digərləri 09 Okt 2018 21:22:00 241 0

Qəbul imtahanlarında qaydalar dəyişdi

Növbəti ildənburaxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detalları məlum olub. İmtahanlarda dinləmə bacarığı tələb edən və yeni açıq tipli suallardan istifadə ediləcək. Buraxılış və ali məktəblərə qəbul imtahanlarınınnəticələrinin toplanaraq 700 bala çatdırılacağı əsas yeniliklərdəndir.

2019-cu ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yeni modelin detallari məlum olub. Abituriyentlər maksimum nəticə olan 700 balın 300-nü buraxılış, 400-ü isə qəbul imtahanlarında toplaya bilərlər.

Növbəti il ali məktəblərə qəbul imtahanlarında tətbiq ediləcək yenilik sualların məzmunu ilə bağlıdır. Dövlət İmtahan mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin verdiyi məlumata görə növbəti il imtahanlarda yeni açıq tipli suallar salınacaq.

İxtisas qruplarında hər fənn üzrə salınacaq 30 sualdan 22-si qapalı, 8 isə açıq tiplidir. Açıq tipli 8 sualdan 5-i ənənəvi, 3-ü isə məhz yeni model, həll yollarının göstərilməsi vacib olan suallardır.

Yeniliklər bununla bitmir. Belə ki, xarici dil fənnindən salınacaq suallarından bir neçəsi dinləmə bacarığı tələb edir. Bu məqsədlə imtahan zallarında xüsusi dinləmə qurğularının yerləşdirilməsi nəzərdə tutulub.