Bu gün poçt işçilərinin peşə bayramıdır VİDEO


Digərləri 09 Okt 2018 21:12:00 224 0

Bu gün poçt işçilərinin peşə bayramıdır  VİDEO

Azərbaycandailk poçt kontoru 1818-ci ildə Gəncə şəhərində açılıb. Düzdür, hazırda poçt şöbələri təkcə məktubların çatdırlması ilə bərabər 130-a yaxın xidməti də yerinə yetirir. Lakin müasir texnologiyaların, elektron yazışmaların bu qədər inkişaf etməsinə baxmayaraq hələ də bir-birinə məktub yazanlar var. Ən çox məktubun kimlərə yazıldığını bilmək istəyirsinizsə, növbəti sujeti izləməyiniz məsləhətdir.

200 il əvvəl Gəncədə, o vaxtki Yelizavetpolda ilk poçt kontoru açılıb. 1918-ci il oktyabrın 6-da isə AzərbaycanDemokratikRespublikasında Poçt və Teleqraf Nazirliyi yaradılıb. Hazırda Azərpoçt "MMC-nin respublika üzrə 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 4 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 83 Poçt Agentliyi mövcuddur. Ümumilikdə isə poşt şöbələrində və "Şəbəkə" xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 130-a yaxındır.

Ötən ilin mart ayında istifadəyə verilən "Poçtap" xidməti vasitəsi ilə bu günə qədər 1008 sənəd qəbul edilib.

Poçt şöbələri vasitəsi ilə məktub göndərənlər də az deyil. Bunların arasında rəsmi məktublarla yanaşı, vətəndaşların bir-birinə yazdıqları da var.