Kimisi maddi, kimisi fiziki kömək elədi Hamının məqsədi


Digərləri 09 Okt 2018 21:18:00 520 0

Kimisi maddi, kimisi fiziki kömək elədi  Hamının məqsədi

İndi sizə təqdim edəcəyimiz xəbər nümunəvi xarakter daşıyır. Beyləqanda birkəndlinin yanmış evinin bərpası üçün bütün kənd sakinləri səfərbər olub.

Kimisi maddi, kimisi fiziki kömək elədi. Hamının məqsədi ailənin evsiz qalmamasıdır.

Beyləqanda Birinci Əlinəzərli kəndində sakinlər nümunəvi addım atıblar. Bir müddət əvvəlSuliddin Adıgözəlova məxsus evin yanmasından sonra kənd sakinləri bir yerə toplaşıb ailənin evinin yenidən tikilməsi üçün əllərindən gələni ediblər..

Suliddin Adıgözəlovun eviyanaraq yararsız hala düşüb hətta içərisindən sənədlərini belə çıxara bilməyib. Onun üçün daha böyük qayğı isə ikisi azyaşlı uşaq olmaqla 5 nəfərlik ailənin artıq bir sığınacağının olmaması idi. Qısa müddətdə yenidən ev sahibi olması isəmaddi imkanının aşağı olması səbəbi ilə mümkün deyildi.Belə olan halda kənd sakinləri çox gözlə bir təşəbbüslə çıxış edib.


Xəbərə aid video