Dünyada dollar defisiti yaşanacaq


Digərləri 09 Okt 2018 20:44:00 226 0

Dünyada dollar defisiti yaşanacaq

Qlobal maliyyə sistemi son kredit böhranından sonra dollardan daha da asılı olmağa başlayıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, məhz buna görə, ABŞ xəzinə kağızlarının gəlirliliyi artıb.

"Nedbank Group"un analitiklərinin fikrincə, dolların güclənməsi və dünyada kapitalın artımı böhran likvidliyinin artımı üçün ideal qarışıqdır.

Qeyd olunur ki, 2008-ci ildə dünya maliyyə böhranının əsas özəlliyi məhz dolların xroniki çatışmazlığı olub.