Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var


Digərləri 09 Okt 2018 20:12:00 206 0

Beynəlxalq reytinqdə yalnız bu universitetimiz var

Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkəti ali məktəblərin beynəlxalq reytinq siyahısını açıqlayıb.

Son.az bildirir ki, Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, dünyanın 20 min top universitetini araşdıran şirkət, siyahıya yalnız 1000 top universiteti daxil edib. 2018-ci il sentyabr ayının nəticələrinə əsasən, Azərbaycandan yalnız Bakı Dövlət Universiteti reytinqdə 801+ yerdə qərarlaşıb.

Reytinqin tərtib olunmasında akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.


Xəbərə aid fotolar