Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək


Digərləri 09 Okt 2018 20:17:10 220 0

Bakıda beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək

Mahnı Teatrında “Payız Əfsanələri” adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək.

Bakı. Oktyabrın 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Payız Əfsanələri” adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, təşkilatçılar Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər İttifaqıdır. Yarışmanın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxartmaqdır. Həmçinin regionlarda olan istedadlı gənclərin tanıdılmasıdır. Gürcüstandan və Rusiyadan gələn qrupların vokal və xoreoqrafik çıxışları gözlənilir. “Payız Əfsanələri” yarışmasında aşağıdakı janrlarda iştirakçıların çıxışları gözlənilir: folklor, klassik, estrada , incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya. 4 yaşdan başlayaraq hər bir kəs yarışmada iştirak edə bilər. İştirakçılar baby (4-7 yaş), uşaq (7-10 yaş ), cunior (yeniyetmələr 11-15 yaş), ergin (böyüklər 16 yaşdan yuxarı) yaş kateqoriyalarına bölünürlər. Hər bir janrda bu kimi nominasiyalar var: solo, duet, kiçik qruplar və ansambllar.