Qatarlar niyə teztez sıradan çıxır:


Digərləri 09 Okt 2018 20:00:00 264 0

Qatarlar niyə teztez sıradan çıxır:

https://axar.az/news/toplum/314466.html

Son vaxtlar Bakı Metropolitenində bir-birinin ardınca qatarların xarab olması və stansiya və ya tuneldə qalması, metronun işinə bir neçə dəqiqəlik fasilə verilməsi müşahidə olundu. Bu isə sərnişinlər arasında narahatlıq yaratmaqla bərabər, həm də qatarların artıq istismar müddətini başa vurması kimi qəbul edilməkdədir.

Son.az mövzu ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Axar.az-a müsahibəsini təqdim edir:

- Qatarlarda son vaxtlar ardıcıl baş verən texniki nasazlıqları necə qiymətləndirirsiniz?

- Fikrimcə, qatarların nasazlığının artması zahiri və şişirdilmiş təəssüratdır. Qısa müddətdə iki qatarda texniki nasazlığın baş verməsi və guya qatarların üz-üzə gəlməsi kimi informasiyaların sosial şəbəkələrdə rezonans doğurması bu effekti verib. Məsələn, sonuncu hadisə - "Elmlər Akademiyası"nda baş vermiş nasazlıq həmin qatarın ardınca sınaq qatarının getməsi - "iki boş qatar, deməli, iki nasaz qatar" kimi anlaşılıb. Hərçənd aparılan təmirin tələblərinə uyğun olaraq, sınaq qatarının xətdə yoxlanılması normal haldır. Həmin qatarlar depodan xəttə verilir və sərnişinsiz hərəkət edir.

- Bəzi vaqonların oturacaqları, hətta görünüşü də onların həddən artıq köhnə olduğunu göstərir. Sizcə, bu o demək deyilmi ki, bəzi qatarlar artıq istismar müddətini başa vurub?