Tümendən Azərbaycana 6 vaqon kartof tədarük edildi


Digərləri 09 Okt 2018 20:06:00 256 0

Tümendən Azərbaycana 6 vaqon kartof tədarük edildi

Rusiyanın Tümen vilayətinin ən iri kənd təsərrüfatı müəssisələrindən olan "KriMM aqrofirması" MMC bu il Azərbaycana ilk kartof partiyasını tədarük edib.

Son.az Trend-ə istinadən bildirir ki, artıq 6 vaqon kartof Azərbaycana yola salınıb.

Yükün ümumi həcmi 372 ton təşkil edir.