2019cu ildə qadınlar kimə bənzəyəcək?


Digərləri 09 Okt 2018 20:08:00 272 0

2019cu ildə qadınlar kimə bənzəyəcək?

Zaman ötür, onunla birlikdə gözəllik etalonları da dəyişir. Bu isə o deməkdir ki, hər bir dövr öz qaydalarını diktə edir. Məsələn, 50 il qabaq mövcud olan gözəllik tendensiyaları bu gün artıq aktual deyil. Hətta müasir dövrün gözəllik tendensiyaları ilə əvvəlki illərin tendensiyaları bir-birindən kəskin şəkildə fərqlənir.

Son.az publika-ya istinadən xəbər verir ki, türkiyəli estetik cərrah Selçuk Aytaç 2019-cu ildə dəbdə olacaq qadın bədən quruluşu haqqında məlumat verib. Cərrahın sözlərinə görə, qum saatı formasında bədən quruluşu 2019-cu ildə də dəbdə olmağa davam edəcək:

"Son illərə qədər qadınlar arıqlamaq üçün əlindən gələni edirdi. "Nə qədər arıq olsam, bir o qədər yaxşıdır" məntiqi ilə hərəkət edirdi. Artıq podiuma çıxan modellər kimi arıqlaya bilməyən qadınlar rahat nəfəs ala biləcək, çünki növbəti ildə qıvrımlı və dolğun bədənlər populyar olacaq".

Selçuk Aytaç onu da əlavə edib ki, qum saatı şəklində bədən quruluşu qadınlığın simvolu sayılır: