Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır:


Digərləri 09 Okt 2018 19:52:00 242 0

Azərbaycanlı zənginlər Bosfor sahillərində tarixi villalar alır:

Türkiyə iqtisadiyyatında yaşanan böhran və milli valyutanın dəyərdən düşməsi nəticəsində Bosfor boğazı sahillərindəki tarixi malikanələrin çoxu satışa çıxarılır. Bosfor sahillərindəki dəbdəbəli tarixi villaların və malikanələrin sahibləri öz daşınmaz əmlaklarından yaxa qurtarmağa çalışırlar. Boğaz sahillərində 600-ə qədər villa var və onlardan 60-ı satışa çıxarılıb.

"Bu villaların qiyməti 4.5 milyon dollardan 90 milyon dollar arasında dəyişir. Hərəsinin öz tarixi var. Bosforun aşıya və Avropa sahillərində cəmi 60 villa satışa çıxarılıb"-daşınmaz əmlak agenti Uğur Ayxan yerli KİV-lərə bildirib.


Xəbərə aid fotolar