Sanksiyalar İran iqtisadiyyatını çökdürür


Dünya 09 Okt 2018 19:56:00 221 0

Sanksiyalar İran iqtisadiyyatını çökdürür

Birləşmiş Ştatların sanksiyaları İran iqtisadiyyatında düşüş yaradıb və gələn il durum daha da pisləşəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Beynəlxalq Valyuta Fondu (BVF) bildirir. Oktyabrın 8-də açıqlanmış Dünyanın İqtisadi Mənzərəsi adlı hesabatda BVF bildirir ki, İranın neftə söykənən iqtisadiyyatı bu il 1,5 faiz azalacaq və səbəb neft ixracındakı enmədir. 2019-cu ildə hasilatın həcmində azalma isə 3,6 faizə qalxacaq. Bu ilin mayında ABŞ Prezidenti Donald Tramp Tehrana sanksiyaların bərpa olunacağını açıqlamazdan öncə BVF İran iqtisadiyyatının 2018-ci və 2019-cu illərdə 4 faiz artacağını proqnozlaşdırırdı.

BVF bildirir ki, növbəti iki il ərzində İran iqtisadiyyatı üçün proqnozlaşdırdığı düşüş sanksiyalar ucbatından "azalmış neft hasilatı"na görədir.Vaşinqton İran iqtisadiyyatına sanksiyaların birinci raundunu elan edib, eyni zamanda İrandan neft alan ölkələrə xəbərdarlıq edib ki, başqa təchizatçı axtarsınlar. İranın neft sektoruna sanksiyaların ikinci raundu noyabrın 5-də qüvvəyə minəcək.