Dövlət Departamenti: Enerji mənbə və marşrutlarının diversifikasiyasında Azərbaycan vacib rol oynayır (FOTO)


Digərləri 09 Okt 2018 19:09:00 281 0

Dövlət Departamenti: Enerji mənbə və marşrutlarının diversifikasiyasında Azərbaycan vacib rol oynayır (FOTO)

ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub.

Bakı. ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kentin başçılıq etdiyi nümayəndə heyəti ilə nazir Pərviz Şahbazovun görüşündə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib. Layihənin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu və növbəti mərhələdə “Cənub Qaz Dəhlizi”nin genişləndirilmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. C.Kent enerji mənbə və marşrutlarının diversifikasiyası siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.