Yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr verildi FOTO


Digərləri 09 Okt 2018 19:04:00 262 0

Yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr verildi  FOTO

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.

Son.az xəbər verir ki, Komitədən Son.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edib. O vurğulayıb ki, Azərbaycanda dövlət tərəfindən din sahəsinə diqqət və qayğı hər zaman özünü büruzə verir:

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamı kimi Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, yüksək tolerantlıq mühitinin və dini dözümlülüyün gücləndirilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda ölkəmizdə dini ibadətgahların inşasına və yenidən qurulmasına önəm verilir, mütəmadi olaraq müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır".


Xəbərə aid fotolar