İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb


Dünya 09 Okt 2018 18:52:00 344 0

İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb

İndoneziyada sentyabrın 28-i baş vermiş zəlzələ və sunami nəticəsində ölənlərin sayı 2 mini ötüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İndoneziyanın Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi xəbər verir.

Bundan əvvəl bildirilmişdi ki, 5 minə yaxın insan itkin düşüb və onları tapmaq hələdə mümkün olmayıb. İndoneziyanın xilasetmə xidmətləri axtarışları oktyabrın 11-də dayandıracaq.