Mixail Neyjmakov: "Ermənistanda hakimiyyət böhranı ölkəni vətəndaş müharibəsinə doğru sürükləyib"


Dünya 09 Okt 2018 18:08:00 269 0

Mixail Neyjmakov: "Ermənistanda hakimiyyət böhranı ölkəni vətəndaş müharibəsinə doğru sürükləyib"

"Ermənistanda hakimiyyətin dəyişməsi ilə ölkənin sosial-iqtisadi həyatında heç bir dəyişiklik baş verməyib, ictimai narazılıq fonunda ölkədə daxili siyasi böhran daha da kəskinləşib".

Son.az xəbər verir ki, bunu Trend-ə Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov deyib.

Ekspertin sözlərinə görə, Ermənistanda indiki hakimiyyət böhranı faktiki olaraq ölkəni vətəndaş müharibəsinə sürükləyib.