“Necə deyə bilərəm ki, işsizlik yoxdur?”


Digərləri 09 Okt 2018 17:56:00 236 0

“Necə deyə bilərəm ki, işsizlik yoxdur?”

"Mən "Azərbaycanda işsizlik problemi yoxdur" şəklində ifadə işlətməmişəm. Əgər ölkənin rəsmi statistikası göstərirsə ki, beş faiz civarında işsizlik var, necə deyə bilərəm ki, işsizlik yoxdur? İndi desək ki, biz öz vətəndaşlarımızı tamamilə işlə təmin etmişik, xaricdən işçi dəvət edirik, bu, tamamilə absurd olardı. Heç bir normal insan bu şəkildə ifadə səsləndirməz".

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında deputat, YAP İdarə Heyətinin üzvü  Aydın Hüseynov ölkədə işsizlik probleminin olmaması ilə bağlı çıxışının sosial şəbəkədə tənqid edilməsinə münasibət bildirərkən deyib. 

O qeyd edib ki, mətnə qoyulan başlığa görə məsuliyyət daşımır: "Mən mətnin içində dediyim cümlələrə məsuliyyət daşıyıram. Başlığa çıxarılan ifadə mətndə yoxdur. Bu gün ölkədə beş faiz civarında işsizlik var. Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin ən böyük istiqaməti ondan ibarətdir ki, ölkədə işsizlik səviyyəsi minumuma endirilsin. Azərbaycanda hazırda çox böyük layihələr həyata keçirilir. Bu bizə onu deməyə əsas verir ki, yaxın gələcəkdə işsizlik problemi aradan qaldırılacaq. Hər il 100 mindən çox iş yerləri açılır.  Son 15 ildə 2 milyona yaxın iş yeri açılıb. Azərbaycanda gələcəkdə çox böyük iş yerləri olacaq. Belə olanda da xaricdən də Azərbaycanın əmək bazarına üz tutulacaq. Ələt İqtisadi Zonasında çoxlu iş yerləri açılacaq. Burada əcnəbilər üçün də iş yerləri olacaq. Ölkəmiz elə inkişaf etsin ki, vətəndaşlarımız işlə təmin olunsun, eyni zamanda xaricdən də işçi qüvvəsi ölkəyə gəlsin".